Gilan Seramik Zavodu

“Gilan Sermik” MMC – seramik plitələr zavodunun inşasına 2009-cu ilin sonlarında başlanılmışdır. Bu zavodun inşası yeni, güclü sənayeləşmə prosesinin getdiyi, böyük infrastruktur layihələrin həyata keçirildiyi bir dövrə təsadüf etmişdir. 26 ha ərazidə inşa edilmiş ümumi sahəsi 19,7 min m2 olan istehsal korpusu və yardımçı sahələrdən ibarət olan zavod İtaliya Respublikasının “Sacmi“ şirkətinin müasir innovasiv avadanlıqları ilə təchiz edilmişdir. Bu şirkətin texnologiyaları əsasında dünyanın 26 ölkəsində 83-dək belə seramik plitələr istehsalı zavodu inşa edilmişdir ki, bunlardan biri də Cənubi Qafqazda yalnız Azərbaycanda inşa edilmişdir.

Daha ətraflı